İspaniyada mənzil böhranı: on minlərlə insan küçələrə çıxdı

İspaniyada mənzil böhranı: on minlərlə insan küçələrə çıxdı Dünya

İspaniyada kirayə qiymətlərinin bahalaşması və mənzil çatışmazlığına etirazlar geniş vüsət alıb.

News24.az xəbər verir ki, oktyabrın 3-də Madrid və ölkənin digər şəhərlərində on minlərlə insan hökumətdən mənzil böhranının həlli üçün tədbirlər görməyi tələb edib. Təkcə Madriddə hökumətin məlumatına görə, təxminən 70 min nəfər aksiyada iştirak edib.