İspaniyada sursat fabrikində partlayış oldu - Üç nəfər yaralandı

İspaniyada sursat fabrikində partlayış oldu - Üç nəfər yaralandı Dünya

İspaniyanın Qranada şəhərində silah-sursat fabrikində güclü partlayış baş verib.

News24.az xəbər verir ki, “Europa Press”in məlumatına görə, partlayış oktyabrın 30-da səhər saatlarında El Farge rayonunda baş verib. Hadisə nəticəsində üç işçi yüngül xəsarət alıb. Partlayışın gücü yaxınlıqda yaşayan sakinlər tərəfindən zəlzələ kimi hiss olunub.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım əməkdaşları cəlb edilib. Partlayışın səbəbi araşdırılır.