İspaniyadakı miqrasiya böhranı fonunda İtaliyadan yeni qərar
Dünya
İtaliya hökuməti Avropa İttifaqının sərhədsiz Şengen rejimi çərçivəsində İspaniya ilə sərhəd rejimini bir ay müddətinə müvəqqəti dayandıracağını açıqlayıb.
News24.az xəbər verir ki, Baş nazir Corcia Meloninin sağçı hökumətini tənqid edən müxalifət nümayəndələri bu addımı "daxili siyasi auditoriyaya hesablanmış simvolik qərar" adlandırıblar.
İtaliya ilə İspaniyanın quru sərhədi olmasa da, qərar iki ölkə arasında təyyarə və gəmi ilə səyahət edənlərə şamil olunacaq. Bir ay ərzində bu marşrutla hərəkət edən sərnişinlərdən şəxsiyyətlərini təsdiqləyən sənəd və ya pasport təqdim etmələri tələb olunacaq.
Avropa Komissiyasının vəziyyətlə bağlı İspaniya ilə işləyən nümayəndəsi isə bildirib ki, hazırda İspaniyadan Avropa materikinə və ya digər Aİ ölkələrinə doğru miqrant axını müşahidə olunmur.
Madrid hökuməti hələlik İtaliyanın qərarına münasibət bildirməyib.