İsrail açıqladı: - Haniyəni biz öldürməmişik

İsrail açıqladı: - Haniyəni biz öldürməmişik Dünya

İsrail HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyət daşımır.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı Anna Ukolova “RİA Novosti”yə açıqlamasında deyib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.