İsrail fələstinlilərin Qəzzadan məcburi çıxarılması planını hazırladı
Dünya
İsrail höküməti Qəzza zolağından fələstinlilərin məcburi çıxarılması planını hazırlayıb və onların hara aparıla biləcəyi ilə bağlı ABŞ-nin qərarını gözləyir.
News24.az xəbər verir ki, bununla bağlı İsrailin müdafiə naziri İsrael Kats açıqlama verib.
Kats qeyd edib ki, fələstinlilərin dəniz, hava və ya istənilən digər vasitə ilə bölgədən çıxarılması nəzərdə tutulur.
Onun sözlərinə görə, plan ləğv edilməyib və müzakirələr davam edir.
Qeyd edək ki, işğal olunmuş ərazidən mülki əhalinin məcburi köçürülməsi Cenevrə konvensiyaları ilə qadağan edilir və hərbi cinayət kimi qiymətləndirilir.
Açıqlama regionda münaqişənin daha da gərginləşdiyi bir vaxtda səsləndirilib.