İsrail "HƏMAS"-ın 4 üzvünü öldürdü
Dünya
İsrail Müdafiə Qüvvələri Qəzzada “HƏMAS”-ın silahlı qanadına mənsub dörd üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsində “HƏMAS”-ın hərbi qanadına mənsub, İsrail hərbçilərinə qarşı hücumlar hazırlayan dörd terrorçunu zərərsizləşdirib", – deyə bəyanatda bildirilib.
Qurumun məlumatına görə, zərərsizləşdirilənlər arasında taqım komandiri, snayper və “HƏMAS”-ın tank əleyhinə bölməsinin iki döyüşçüsü olub.
Bundan əlavə, İsrailin zərbələri nəticəsində “HƏMAS”-ın İsrail hərbçilərinə və mülki əhaliyə qarşı hücumlar hazırlamaq üçün istifadə etdiyi raket qurğuları da sıradan çıxarılıb.