İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 3600-ü ötdü

İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 3600-ü ötdü Dünya

Son 24 saat ərzində İsrailin hücumları nəticəsində Livanın cənubunda 24 nəfər ölüb, 116 nəfər yaralanıb. Hücumlar təyyarələrlə həyata keçirilib, əsas hədəf Nəbatiyə, Səidə və Tir şəhərləri, onların ətrafı olub.

News24.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, martın 2-də hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 3637 nəfərə yüksəlib. Yaralıların sayı isə 11188 nəfərdir.