İsrail İrana zərbələr endirdi

İsrail İrana zərbələr endirdi Dünya

İsrail Müdafiə Qüvvələri İranın mərkəzi və qərb hissələrində yerləşən hərbi obyektlərə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

“Axios” portalının amerikalı rəsmiyə istinadən yaydığı məlumata əsasən, bu hava zərbələri məhdud miqyaslı olub.