İsrail İranı sərt cavabla hədələdi
Dünya
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon hücum edəcəyi təqdirdə İrana sərt cavab veriləcəyini bildirib.
News24.az xəbər verir ki, Danon ABŞ-nin "Newsmax" kanalına açıqlamasında İranın hücumuna İsrailin heç kimi gözləmədən qarşılıq verəcəyini deyib.
O, həmçinin İranın nüvə silahına sahib olmasının qarşısının alınması, ballistik raket təhdidinin aradan qaldırılması və müttəfiqlərinə dəstəyin dayandırılmasının əsas məqsədlər olduğunu bildirib.