İsrail Livanın cənubuna hava zərbələri endirdi
Dünya
İsrail hərbçiləri Livanın cənubuna güclü hava zərbələri endirib.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Ordunun məlumatına görə, “Hizbullah” orada hərbi potensialını bərpa etməyə çalışıb.
Livan səhiyyə nazirliyinin ilkin məlumatına görə, gün ərzində edilən zərbələrdə bir nəfər həlak olub, bir nəfər yaralanıb.
Sakinlərə təxliyə barədə göstəriş verilib.