İsrail ordusu Livana zərbə endirdi

İsrail ordusu Livana zərbə endirdi Dünya

İsrail Müdafiə Qüvvələri (İMQ) ötən gecə Livanın cənubundakı Şiə Hizbullah hərəkatına məxsus hədəflərə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

İsrail Müdafiə Qüvvələrinin ofisi bildirib ki, Hizbullah terror təşkilatının dəfələrlə atəşkəsi pozmasından sonra İsrail Müdafiə Qüvvələri gecə boyu zərbələr endirib və Livanın cənubundakı bir neçə ərazidə Hizbullah terrorçularını və infrastrukturunu məhv etməyə davam edir.