İsrail və Livan atəşkəslə bağlı razılığa gəldi

İsrail və Livan atəşkəslə bağlı razılığa gəldi Dünya

Livan və İsrail ABŞ-də keçirilən danışıqlarda atəşkəs rejiminə riayət olunması barədə razılığa gəliblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, atəşkəsin qorunub saxlanılması “Hizbullah”ın atəşi tam dayandırmasından və təşkilatın bütün döyüşçülərinin Litani çayının cənubundakı ərazilərdən çıxarılmasından asılıdır.

Tərəflər həmçinin yalnız Livan Silahlı Qüvvələrinin nəzarəti altında olacaq xüsusi zonaların yaradılması barədə də razılıq əldə ediblər.