İsraildə parlament buraxıldı - Seçkilər bu tarixə qədər keçiriləcək

İsraildə parlament buraxıldı - Seçkilər bu tarixə qədər keçiriləcək Dünya

İsrail parlamenti növbədənkənar özünü buraxma ilə bağlı qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədin lehinə 110 deputat səs verib, əleyhinə isə səs verən olmayıb.

Səsvermənin nəticələrini parlamentin spikeri Amir Ohana açıqlayıb.

O bildirib ki, 25-ci çağırış Knessetin buraxılması haqqında qanun layihəsi ilkin oxunuşdan keçib.

Qanunun qüvvəyə minməsi və növbədənkənar seçkilərin keçirilməsi üçün layihə parlament komissiyalarında razılaşdırılmalı və Knessetin plenar iclaslarında daha üç oxunuşdan keçməlidir.

İsrail qanunvericiliyinə əsasən, növbəti parlament seçkiləri ən gec 27 oktyabr 2026-cı ilədək keçirilməlidir.