İsraildə seçici səsləri hesablanır - Netanyahu öndədir

İsraildə seçici səsləri hesablanır - Netanyahu öndədir Dünya

İsraildə keçirilən parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok öndədir.

News24.az xəbər verir ki, açıqladığı ilkin nəticələrə görə, seçki qutularının 32,5 faizi hesablanıb.

Hazırkı nəticələrə əsasən, Netanyahunu dəstəkləyən partiyalar bloku 120 yerlik Knessetdə 59, ona qarşı çıxan müxalifət bloku isə 46 mandat əldə edir.

Hazırda üç siyasi qüvvə parlamentə düşmək üçün tələb olunan 3,25 faizlik seçki baryerini keçə bilmir.

Xatırladaq ki, İsraildə hökuməti formalaşdırmaq üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.