İsraildən Britaniya diplomatlarına xəbərdarlıq
Dünya
İsrailin Ramallahda fəaliyyət göstərən Britaniya diplomatlarına və Qəzza Koordinasiya Mərkəzindəki Britaniya nümayəndələrinə ölkəni tərk etmək üçün 7 gün vaxt verdiyi bildirilir.
News24.az xəbər verir ki, İsrailin “Channel 12” telekanalının məlumatına görə, bu qərar Böyük Britaniyanın işğal olunmuş Qərb Şəriyədəki İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətinə qadağa qoymasından sonra qəbul edilib.
Məlumata görə, İsrail xarici işlər naziri Qideon Saar işğal olunmuş Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanmasına da qərar verib. Konsulluğun 30 gün ərzində fəaliyyətini dayandırması tələb olunur.