"İsrailə görə, bütün fələstinlilər terrorçudur"
Dünya
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda çıxış edib.
News24.az xəbər verir ki, Lavrov "İsrailə görə 3 yaşından etibarən Fələstinli olan hər kəs terrorçudur" dedi.
Lavrov gündəmlə bağlı sualları cavablandırıb. ABŞ-ın Rusiyanı cəzalandırmaq istədiyini bildirən Lavrov, “Uzun illərdir qərbli həmkarlarımızı xəbərdar etmişik. NATO-nun şərqə doğru genişlənməsinin nəticələrinin olacağını söylədik. Biz Kiyev rejiminin Ukraynada rus olan hər şeyi məhv etmək səylərini pisləyirik. Ukraynanın hər yerində rus dili qadağandır. Təsəvvür edin ki, İrlandiyada ingilis dili qadağan edilib. Ukraynada bu vəziyyət birbaşa qərbin müdaxiləsi ilə inkişaf edib. Məsələ ilə bağlı bütün beynəlxalq müraciətlərimiz rədd edildi. Rusların və digər milli azlıqların hüquqları konstitusiyada var idi, lakin onlara məhəl qoyulmadı".
Günel Məlikzadə