İsrailin Livana hücumlarında ölənlərin sayı açıqlandı

İsrailin Livana hücumlarında ölənlərin sayı açıqlandı Dünya

Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkə ərazisinə təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin və yaralananların sayına dair son rəsmi məlumatları açıqlayıb.

News24.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda İsrail ordusunun martın 2-dən Livanda müxtəlif bölgələri hədəf alan əməliyyatları nəticəsində ölənlərin sayının daha 98 nəfər artaraq 2 294-ə çatdığı bildirilib. Hücumlar zamanı xəsarət alanların sayı isə 359 nəfər artaraq 7 544-ə yüksəlib.

Rəsmi məlumatda qeyd olunub ki, həlak olanlar arasında 177 uşaq, 274 qadın və 100 tibb işçisi var. Hazırda bölgədə gərginlik davam edir.

Nilufər