İsrailli nazir: "Livanın elektrik enerjisini kəsməli, infrastrukturu məhv etməliyik"
Dünya
"Biz Livanın elektrik enerjisini kəsməliyik"
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
"Biz elektrik enerjisini kəsməli, infrastrukturu məhv etməli və onlara aydın şəkildə başa salmalıyıq ki, əgər terror olacaqsa, siz əziyyət çəkəcəksiniz. Əgər Livan hökuməti “Hizbullah”a nəzarət edə bilmirsə, o zaman Litani çayınının, hətta Zahrani çayının cənubundakı ərazi İsrail üçün təhlükəsizlik zonasına çevrilməlidir", — deyə o bildirib.