İstanbulda ardıcıl zəlzələlər oldu

İstanbulda ardıcıl zəlzələlər oldu Dünya

İstanbulun Adalar bölgəsi yaxınlığında çərşənbə axşamından etibarən davam edən seysmik aktivlik davam edir.

News24.az xəbər verir ki, Mərmərə dənizində baş verən onlarla mikro zəlzələyə bu gün yerli vaxtla saat 11:30-da 3,1 maqnitudalı yeni təkan da əlavə olunub.

Yer səthindən 11 kilometr dərinlikdə baş verən zəlzələ narahatlığı artırıb.

Məlumata görə, Adalar ətrafında çərşənbə axşamından etibarən ümumilikdə 70-dən çox mikro zəlzələnin baş verib.

Bildirilib ki, çərşənbə günü günorta saatlarından cümə axşamı səhərədək 3,2 maqnitudanı keçməyən daha 42 mikro zəlzələ qeydə alınıb.