İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı Dünya

Türkiyənin İstanbul şəhərinin Kağıthane bölgəsində Azərbaycan vətəndaşı olan 57 yaşlı Lətifə İbadovanın meyiti yaşadığı mənzildə aşkar edilib.

News24.az "Hürriyet"ə istinadla xəbər verir ki, hadisə avqustun 9-u günorta saatlarında qeydə alınıb. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

Hüquq-mühafizə orqanları Lətifə İbadova ilə eyni evdə qalan Fərhad adlı şəxsin axtarışlarına başlayıb. Məlumata görə, qonşular qadının həmin şəxslə eyni evdə yaşadığını bildiriblər. O, ölüm faktı aşkarlanmazdan 15 dəqiqə əvvəl mənzili tərk edib. Hadisə yerində narkotik olduğu ehtimal edilən maddə də aşkarlanaraq ekspertizaya göndərilib. Prokurorluq qadının ölümü ilə bağlı araşdırmaya başlayıb.


İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı