İstanbulda metro qatarı relsdən çıxdı, yaralılar var
Dünya
İstanbul metrosunda qatar relsdən çıxıb, 3 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, sərnişinlər təhlükəsizlik məqsədilə tunel vasitəsilə təxliyə olunublar. Yaralanan üç nəfər xəstəxanaya çatdırılıb.
Hadisə yerli vaxtla saat 19:05-də şəhərin Asiya hissəsində yerləşən Bostancı rayonunda, M4 metro xəttində qeydə alınıb. Qəza zamanı qatar Kadıköy istiqamətindən Sabiha Gökçen Beynəlxalq Hava Limanı istiqamətinə hərəkət edirdi.
Hadisədən sonra M4 metro xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Qəzanın başvermə səbəbi araşdırılır.