İstanbulda narkotik əməliyyatı: Məşhurlar saxlanıldı
Dünya
İstanbulda məşhurlara qarşı keçirilən narkotik əməliyyatı zamanı aralarında Mabel Matiz, Feyza Civelek, Volkan Bahçekapalı və Onur Tuna da olmaqla 14 nəfər saxlanılıb. 25 nəfər barəsində saxlanılma qərarının verildiyi məlum olub.
News24.az xəbər verir ki, aparılan istintaq işi çərçivəsində daxil olan məlumatlar, araşdırılan rəqəmsal materiallar nəticəsində ictimaiyyətdə məşhur kimi tanınan şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr müəyyən edilib.
Bu çərçivədə səhər saat 07:00-dan etibarən İstanbul şəhərinin Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24, Muğlada 1 olmaqla ümumilikdə 25 ünvanda 25 şübhəliyə qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı axtarış aparılıb. Saxlanılan şəxslər arasında Serenay Sarıkaya,
Berkay Şahin, Tan Taşcı, Yağmur Ünal, Mirgün Sırrı Cabas, Hakan Aydın (BLOK 3), Mabel Matiz, Feyza Civelek, Niran Ünsal, Volkan Bahçekapalı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Tutanlı, Eren Kesimer, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Yasemin İkbal, Tarık Tunca, Hanzede Gürkanlar, Aycan Yağcı, Tuğçe Postoğlu. Eda Dora, Semiha Bezek var.