İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Dünya
İstanbulda güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 4 nəfərə yüksəlib.
News24.az xəbər verir ki, son 84 ilin ən güclü yağıntılarının qeydə alındığı İstanbulda axtarış-xilasetmə işləri zamanı Sarıyer rayonunda körpünün altında daha bir nəfərin meyiti aşkarlanıb.
Hazırda itkin düşmüş 3 nəfərin axtarışları davam etdirilir.