İstanbulda otel yandı - Yaralananlar var

İstanbulda otel yandı - Yaralananlar var Dünya

İstanbulun Bakırköy rayonunda oteldə baş verən yanğın nəticəsində 12 nəfər yaralanıb.

News24.az xəbər verir ki, hadisə 6 mərtəbəli otelin birinci mərtəbəsində baş verib.

Hələlik səbəbi məlum olmayan yanğın qısa müddətdə böyüyərək yuxarı mərtəbələrə keçib, binanın fasadını bürüyüb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları göndərilib.

Yanğın zamanı otelin yuxarı mərtəbələrində köməksiz qalan 7 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Yanğında xəsarət alan 12 nəfərə təcili yardım maşınlarında ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya aparılıb.

Təxminən bir saat davam edən işlərdən sonra yanğın nəzarətə götürülərək söndürülüb.

Yanğının başvermə səbəbi araşdırılır.