İstanbulda yeddimərtəbəli bina çökdü - VİDEO - YENİLƏNDİ

İstanbulda yeddimərtəbəli bina çökdü - VİDEO - YENİLƏNDİ Dünya

Xəbər veridiymiz kimi, İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın 3 mərtəbəsində çökmə baş verib.

News24.az xəbər verir ki, üst mərtəbələrdə köməksiz vəziyyətdə qalan sakinlər axtarış-xilasetmə qrupları tərəfindən xilas edilir.

İstanbul valisi Davut Gül hazırda 7 nəfərin dağıntılar altında olduğunu açıqlayıb.

***08:41

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın bir hissəsi çöküb.

News24.az xəbər verir ki, hadisə Cevizli məhəlləsində baş verib.

Əraziyə yanğınsöndürmə, AFAD, UMKE, polis və təcili tibbi yardım əməkdaşları göndərilib.

Məlumata görə, binanın ilk 3 mərtəbəsi çöküb, yuxarı mərtəbələrdə qalan sakinlər axtarış-xilasetmə qruplarının müdaxiləsi ilə təxliyə olunub.

Binanın giriş mərtəbəsində emalatxana olduğu və çökmə zamanı orada heç kimin olmadığı müəyyən edilib.

Dağıntılar altından 14 yaşlı uşaq sağ çıxarılıb.

Onun həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. /TRT haber/