İstirahətə getdi, timsaha yem oldu - Oteldə faciə
Dünya
Meksikanın məşhur kurort şəhəri Puerto-Vallartada timsah sahildə istirahət edən 28 yaşlı turistə hücum edib.
News24.az xəbər verir ki, hadisə zamanı timsah turisti okeana sürükləyib.
Xilasedicilər dərhal axtarışlara başlayıblar və bu, bütün gecə davam edib.
Lakin turistin cəsədi yalnız səhər saatlarında sahildən təxminən 300 metr aralıda tapılıb.
Otel rəhbərliyi bildirib ki, çimərlikdə təhlükə barədə xəbərdarlıq nişanları quraşdırılıb, gecə saatlarında nəzarət həyata keçirilir və təhlükə barədə xəbərdarlıq edən qırmızı bayraqlar asılır.
Açıqlamada həmçinin otel əməkdaşlarının fövqəladə hallarda davranış qaydaları üzrə təlim keçdiyi və təhlükəsizlik qaydalarının mütəmadi olaraq yeniləndiyi vurğulanıb.