İsveç immiqrantlara ölkəni tərk etmələri üçün pul təklif edir
Dünya
İsveç hökuməti ölkədən könüllü şəkildə ayrılmaq istəyən Avropa İttifaqından kənar ölkələrin vətəndaşlarına 350 min İsveç kronu, yəni təxminən 37 min dollar ödəyəcək.
News24.az xəbər verir ki, bu addım hökumətin immiqrasiyanı azaltmaq siyasətinin bir hissəsidir. Lakin indiyədək yalnız 171 nəfərin bu təklifdən yararlanaraq ölkəni tərk etməyə razı olduğu bildirilir.
Hökumət bununla yanaşı, immiqrasiya siyasətində digər dəyişikliklər də edib. Daimi yaşayış icazələrinin ləğvi və icazələrin hər üç ildən bir yenilənməsi nəzərdə tutulub. Avqust ayından isə vətəndaşlıq üçün məcburi test tətbiq olunmağa başlayıb.
Müxalifət və immiqrant hüquqlarını müdafiə edən təşkilatlar bu siyasəti tənqid edirlər. Onların fikrincə, immiqrantların böyük əksəriyyəti İsveçi tərk etmək istəmir və belə təşviqlər ayrı-seçkiliyə səbəb ola bilər.