İtaliya Ukraynaya hərbi yardımın dayandırır?

İtaliya Ukraynaya hərbi yardımın dayandırır? Dünya

İtaliyanın millətçi "Milli Gələcək" Partiyası parlamentə Ukraynaya bütün hərbi yardımların dayandırılması ilə bağlı qətnamə təqdim edib.

News24.az xəbər verir ki, bu barədə partiyanın "Facebook" səhifəsində yaydığı bəyanatda bildirilib.

"Uzun illər davam edən münaqişədən sonra hamıya aydındır ki, gərginliyin artırılması strategiyası sülhə gətirib çıxarmayıb. Əksinə, bu, müharibəni uzadıb, İtaliyanın xərclərini artırıb və diplomatik nizamlanma imkanlarını daha da uzaqlaşdırıb", – deyə bəyanatda qeyd olunub.

"Milli Gələcək" Partiyası həmçinin İtaliya vətəndaşlarının vəsaitinin ölkənin daxili ehtiyaclarına – ailələrin dəstəklənməsinə, müəssisələrə yardıma, səhiyyəyə və sərhədlərin mühafizəsinə yönəldilməsinə çağırıb.

Partiyanın fikrincə, Roma Ukrayna münaqişəsinin həlli üçün diplomatik təşəbbüslərdə fəal iştirak etməli və sülh danışıqlarına dəstək verməlidir.