İtaliyada matəm elan olunacaq

İtaliyada matəm elan olunacaq Dünya
İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin dəfn mərasimi günü (iyunun 14-ü - red.) milli matəm olacaq.

News24.az xəbər verir ki, bu barədə İtaliya hakimiyyəti məlumat yayıb.

Qeyd edək ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanda müalicə aldığı xəstəxanada vəfat edib.