İtaliyada meşə yanğını: 200-dən çox turist təxliyə edildi

İtaliyada meşə yanğını: 200-dən çox turist təxliyə edildi Dünya

İtaliyanın şimalında yerləşən məşhur Qarda gölünün sahillərində güclü yanğın baş verib. Nəticədə gölün üzərində kilometrlərlə uzanan sıx tüstü yaranıb və alov bölgənin müxtəlif yerlərindən görünüb.

News24.az xəbər verir ki, gecə saatlarında xilasedicilər çoxsaylı evlərdə yoxlama apararaq orada turist və istirahət edənlərin qalıb-qalmadığını müəyyənləşdiriblər. Təxliyə edilən 200-dən çox insan arasında çox sayda xarici turist də olub.

Yanğın təxminən 4500 hektar ərazini əhatə edib. İtaliyanın “il T Quotidiano” qəzetinin məlumatına görə, küləyin sürətinin saatda 40 kilometri keçməsi alovun daha da yayılmasına səbəb olub.

Səhər saatlarında bir neçə yanğınsöndürmə təyyarəsi Qarda gölü ilə ətraf dağlar arasında uçaraq havadan yanğının söndürülməsi üçün su götürüb. Əməliyyat nəticəsində yaşayış məntəqələrinə təhlükə yaradan alov nəzarətə götürülüb.

Təxliyə edilən sakinlərə və turistlərə artıq evlərinə və kirayə götürdükləri yaşayış yerlərinə qayıtmağa icazə verilib. (Bild)

İtaliyada meşə yanğını: 200-dən çox turist təxliyə edildi