İtaliyada yüzlərlə məktəbə XƏBƏRDARLIQ

İtaliyada yüzlərlə məktəbə XƏBƏRDARLIQ Dünya

İtaliyada 300-dən çox məktəbə bomba qoyulması ilə bağlı anonim elektron məktub göndərilib.

News24.az xəbər verir ki, “Rainews24” kanalının məlumatına görə, təhdidlər Roma, Milan, Bolonya, Neapol və digər şəhərlərdə qeydə alınıb.

İtaliyanın təhsil naziri Cüzeppe Valditara 312 məktəbin hadisədən təsirləndiyini bildirib. O, hazırda real təhlükənin olmadığını və narahatlığa əsas görülmədiyini qeyd edib.

Baş nazir Corcia Meloni isə hadisə ilə bağlı təhlükəsizlik komitəsinin təcili iclasını çağırıb. Onun sözlərinə görə, aparılan araşdırmalar hələlik təhlükənin mövcudluğunu təsdiqləməyib.