İtaliyaya son 24 saatda rekord sayda miqrant gəlib

İtaliyaya son 24 saatda rekord sayda miqrant gəlib Dünya
Son 24 saat ərzində İtaliyanın Lampeduza adasına 2 000-dən çox miqrant gəlib ki, bu da ölkə üçün rekord göstəricidir. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, miqrantların əksəriyyəti Qvineya, Burkina Faso, Kot-d'İvuar və Malidəndilər.

Qeyd olunur ki, Lampeduzada miqrantların qəbulu mərkəzinin maksimal tutumu təxminən 400 nəfərdir.

Hələlik İtaliyanın hökumət qurumları ölkəyə gələn rekord sayda miqrantlarla əlaqədar açıqlama verməyib.