İtkin düşdüyü deyilən 93 yaşlı prezident ölkəsinə qayıtdı
Dünya
Kamerun Prezidenti Pol Biya iyunun 7-də getdiyi Avropa səfərindən 74 gün sonra paytaxt Yaoundeyə qayıdıb.
News24.az xəbər verir ki, dövlət televiziyası CRTV Prezident Biyanın olduğu şəxsi təyyarənin İsveçrənin Cenevrə şəhərindən yola düşərək yerli vaxtla saat 18:00 radələrində Yaounde-Nsimalen Beynəlxalq Hava Limanına enişini canlı yayımlayıb.
Biya hava limanından ayrılarkən avtomobilinin pəncərəsindən onu qarşılamağa gələn insanlara əl sallayaraq salam verib.
Onun korteji daha sonra Prezident Sarayına yollanıb.
Qeyd edək ki, 93 yaşlı Pol Biya iyunun 7-də qısamüddətli şəxsi səfər məqsədilə Avropaya gedib.
Həmin dövr ərzində prezidentdən xəbər almaq mümkün olmayıb.
Bu səbəbdən də KİV-lər onun itkin düşdüyü barədə məlumatlar yayıb.
Məlumat üçün bilrək ki, Pol Biya 44 ildir ölkəyə rəhbərlik edir.