"Jeep" uçuruma düşdü, 20 nəfər öldü – Bu ölkədə

"Jeep" uçuruma düşdü, 20 nəfər öldü – Bu ölkədə Dünya

Nepalın Rolpa rayonundakı Calcalada içərisində hindu zəvvarların olduğu "Jeep" yoldan çıxaraq 800 metr hündürlükdən uçuruma düşüb.

News24.az xəbər verir ki, hadisə zamanı 20 nəfər həyatını itirib.

Məlumata görə, Şərqi Rukumdan zəvvarları daşıyan avtomobil Thabanq kənd bələdiyyəsinin 1-ci məhəlləsindəki dağ silsiləsində uçurumdan aşıb.

Rolpa rayon polis idarəsinin mətbuat katibi, müfəttişi xilasetmə əməliyyatının davam etdiyini bildirib. Onun sözlərinə görə, qəzaya səbəb yağış üzündən yolun sürüşkən olması ola bilər. (Report)