Kadırov: "Zelenski diz çöküb üzr istəməlidir"
Dünya
Çeçenistan lideri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini diz çökərək Ukrayna xalqından və Rusiyadan üzr istəməyə çağırıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, bunu “Rossiya 1” telekanalında deyib.
Kadırov Ukrayna liderini “Qərb hakimiyyətini dinləməkdə” və “insanları ətçəkən maşına atmaqda” ittiham edib: “O, indi diz çöküb əvvəlcə Ukrayna xalqından, sonra Rusiyadan üzr istəməlidir”.
Çeçenistan lideri həmçinin Zelenskini legitim dövlət başçısı hesab etmədiyini bildirib.