Kahramanmaraşda yenə zəlzələ oldu

Dünya
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD (Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsi) xəbər yayıb.

News24.az-ın məlumatına görə, yeraltı təkanların episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Bundan bir neçə dəqiqə sonra eyni ərazidə 4,0 bal gücündə daha bir zəlzələ baş verib.

Xatırladaq ki, Kahramanmaraşda bir neçə gün öncə də zəlzələ baş vermişdi.