Kaliforniyada zəlzələ oldu

Kaliforniyada zəlzələ oldu Dünya

ABŞ-nin Kaliforniya ştatının şimalında 5,6 maqnitudalı zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 4.8 min nəfər əhalisi olan Uillits şəhərindən 12 kilometr cənub-şərqdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib. (Teleqraf)