Kallas Rusiyaya təzyiqi artırmağa çağırdı

Kallas Rusiyaya təzyiqi artırmağa çağırdı Dünya

Ukraynadakı münaqişəyə son qoymaq üçün Ukraynaya dəstəyin artırılması və Rusiyaya təzyiqin gücləndirilməsi vacibdir.

News24.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Litvanın Baş naziri Mindauqas Sinkeviçus ilə keçirdiyi mətbuat konfransında deyib.

Kallas bildirib ki, Aİ kredit proqramı çərçivəsində Ukraynaya 8,47 milyard avro ayırıb. Bundan əlavə, hava hücumundan müdafiə də daxil olmaqla, 6,1 milyard avro məbləğində yardım təsdiqlənib.

O qeyd edib ki, Aİ Rusiyaya qarşı yeni və daha geniş sanksiyalar üzərində də işləyir. Kallasın sözlərinə görə, Ukraynaya dəstəyin və Moskvaya təzyiqin artırılması münaqişəyə son qoymağın ən sürətli yoludur.

Aİ rəsmisi əlavə edib ki, hazırda Rusiya sülhün əldə olunmasında maraqlı görünmür və heç bir güzəştə getməyib.