Kallas Ukrayna danışıqlarından kənarda qalmasından narazıdır

Kallas Ukrayna danışıqlarından kənarda qalmasından narazıdır Dünya

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna münaqişəsi ilə bağlı danışıqlar qrupuna daxil edilməməsindən narazıdır.

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Kallas Avropa müqavilələrinə diqqət çəkərək, təhlükəsizlik və xarici siyasətə cavabdeh şəxslərin bu prosesdə iştirak etməli olduğunu bildirib. O, danışıqlarda iştirak etməyə hazır olduğunu da vurğulayıb.

Nəşrin Avropa diplomatlarına istinadən yazdığına görə, Kallasın danışıqlardan kənarda saxlanılmasının səbəbi onun ABŞ Prezidenti Donald Trampı tənqid edən açıqlamalarıdır.

Qeyd edək ki, Kallas daha əvvəl Rusiya ilə danışıqlarda Avropanı təmsil edə biləcəyini bildirmişdi.