Kallas Ukrayna ilə bağlı Aİ ölkələrinə müraciət etdi

Kallas Ukrayna ilə bağlı Aİ ölkələrinə müraciət etdi Dünya

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrini Ukraynaya "Patriot" hava hücumundan müdafiə raketləri verməyə çağırıb.

News24.az xəbər verir ki, Kallas Aİ müdafiə nazirlərinin Kiyevin maliyyələşdirməsi hesabına sonradan yeni raketlərlə əvəzlənməsi şərti ilə mövcud "Patriot" ehtiyatlarının Ukraynaya göndərilməsi imkanını müzakirə edəcəklərini bildirib.

“Ukraynanın hava hücumundan müdafiə sistemlərinə böyük ehtiyacı var. Biz bu çağırışı ehtiyatı olan ölkələrə təkrar edirik. Onlar raketləri Ukraynaya verə və sonradan istehsal olunacaq "Patriot" raketləri ilə ehtiyatlarını bərpa edə bilərlər”, - deyə Kallas bildirib.

O, həmçinin Avropa Sülh Fondunun artıq bloklanmadığını və Ukrayna üçün birgə silah tədarükünə əlavə 1 milyard avro ayrılacağını açıqlayıb.