Kamçatkada güclü zəlzələ oldu

Kamçatkada güclü zəlzələ oldu Dünya

Rusiyanın şərqində, Kamçatka sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 140 km şərqdə yerləşib.

Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.