Kamerunda hökumət əleyhinə etiraz: Ölənlər var

Kamerunda hökumət əleyhinə etiraz: Ölənlər var Dünya

Kamerunun Duala şəhərində hökumət əleyhinə etirazlar zamanı 4 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, hadisələr müxalifətdən prezidentliyə namizəd İsa Çiroma Bakarinin seçkilərdə qələbə iddiasının hakim partiya tərəfindən rədd edilməsindən sonra baş verib.

Məlumata görə, oktyabrın 12-də keçirilən prezident seçkilərindən sonra ölkədə gərginlik artıb. Hakim Kamerun Xalq Demokratik Hərəkatı və hazırkı prezident Paul Biya müxalifətin qələbə iddiasını tanımayıb.

Sahil bölgəsinin qubernatoru Samuel Dieudonne Diboua bildirib ki, etirazlar zamanı polis bölmələrinə hücumlar olub və təhlükəsizlik qüvvələri özlərini müdafiə ediblər:

“Təəssüf ki, 4 etirazçı həyatını itirib, təhlükəsizlik qüvvələri arasında da yaralananlar var".

Qubernator etirazları qəsdən hazırlanmış zorakılıq aktları və ictimai qaydaya, həmçinin milli təhlükəsizliyə ciddi hücum kimi qiymətləndirib.

Hazırda ölkədə vəziyyətin nəzarətə alınması üçün əlavə təhlükəsizlik tədbirləri görülür.