Kanada İranda qalan vətəndaşlarını dərhal ölkədən çıxmağa çağırdı

Kanada İranda qalan vətəndaşlarını dərhal ölkədən çıxmağa çağırdı Dünya

Kanada hökuməti İranda olan vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

News24.az xəbər verir ki, rəsmi bəyanatda İran üçün ən yüksək səviyyəli səyahət xəbərdarlığının qüvvədə olduğu bildirilib.

Açıqlamada bu qərarın səbəbi kimi İranda genişmiqyaslı etirazlar, regional gərginliyin artması və xarici vətəndaşlar üçün həbs riskinin mövcudluğu göstərilib. Həmçinin vurğulanıb ki, ölkədə Kanada üçün konsulluq xidmətləri məhduddur.