Kanada Rusiyaya yeni sanksiyalar elan etdi
Dünya
Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
News24.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Yeni tədbirlər Moskva üçün iqtisadi xərcləri artırmaq, o cümlədən enerji gəlirlərini məhdudlaşdırmaq və hərbi əməliyyat imkanlarını zəiflətmək məqsədi daşıyır.
Sanksiyalar çərçivəsində 13 fiziki və 11 hüquqi şəxs hədəfə alınıb. Siyahıda həmçinin Rusiyada pilotsuz aparatların hazırlanması və istehsalı ilə məşğul olan bir neçə təşkilat da yer alır.
Rəsmi açıqlamada vurğulanır ki, bu addım Kanadanın beynəlxalq təhlükəsizlik və sülh təşəbbüslərinə dəstək məqsədini güdür.