Kanadada fövqalədə vəziyyət elan edildi: - Əhali evakuasiya edildi
Dünya
Kanadanın Manitoba əyalətində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
News24.az xəbər verir ki, bölgədə 17 mindən çox insan üçün təxliyə əmri verilib.
Evakuasiya edilən insanların əksəriyyətinin yerli əhali olduğu bildirilib.
Onu da qeyd edək ki, meşə yanğınları nəticəsində iki nəfər həyatını itirib.
Günel Məlikzadə