Kanadada təyyarə qəzası: 3 nəfər həlak oldu

Kanadada təyyarə qəzası: 3 nəfər həlak oldu Dünya

Kanadanın Şimal-Qərb ərazilərində meşə yanğınlarının söndürülməsinə cəlb olunan yanğınsöndürən təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, məlumata görə, qəza nəticəsində təyyarədə olan üç nəfər həyatını itirib. Polis hadisədən sağ çıxanın olmadığını bildirərək həlak olanların ailələrinə başsağlığı verib.

Bildirilib ki, iyunun 23-də bölgədə başlayan və təxminən 100 hektar ərazini əhatə edən meşə yanğını hələ də tam nəzarət altına alınmayıb. İlkin ehtimallara əsasən, yanğın təbii səbəblərdən baş verib./CTV News/