Kanalizasiya düşən açarları çıxarmaq istədi, öldü
Dünya
Fransada 70 yaşlı kişi kanalizasiya quyusuna düşərək həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Hadisə iyulun 26-da Strasburqun ətrafındakı Linqolşhaym qəsəbəsində baş verib.
Təqaüdçü kişi açarlarını kanalizasiya quyusuna düşürür. O, açarları çıxarmaq üçün başı aşağı şəkildə quyuya sallanır.
Bir müddət şaquli vəziyyətdə qalan yaşlı adam sallandığı quyudan çıxa bilmir.
Hadisə yerinə gələn xilasedicilər onu çıxarsalar da, həyatını xilas etmək mümkün olmur.
Polis hadisəni araşdırmaq üçün istintaq başladıb.