Kapadokyada qaya uçdu: ölənlər var - VİDEO - YENİLƏNDİ
Dünya
Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası” uçub.
News24.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Uçqun altında qalanların olduğu bildirilir.
Axtarış-xilasetmə qrupları ərazidə işləri davam etdirir.
***
17:21
Türkiyənin Nevşehir vilayətində turistlərin sıx üz tutduğu Kapadokya bölgəsində qaya sütunu uçub.
News24.az xəbər verir ki, TGRT Haber-in məlumatına görə, hadisə muzeyin girişində baş verib. Əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.
Telekanalın ilkin məlumatında ölən və yaralananların olduğu bildirilir. Onların sayı və vəziyyəti barədə hələlik ətraflı məlumat açıqlanmayıb.