Karapetyan 1 aylıq həbs edildi
Dünya
İrəvanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan" partiyasının lideri, iş adamı Samvel Karapetyan bir aylıq həbs edib.
News24.az xəbər verir ki, iş adamı özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Məlumatda bildirilib ki, onun əməlləri "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə xüsusilə külli miqdarda ziyan vurub.
Qeyd edək ki, noyabrın 4-də müstəntiqlərin Karapetyanın və onun qardaşı oğlu Narek Karapetyanın evində axtarış aparmasından sonra o, cinayət işi çərçivəsində saxlanılıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Karapetyan tərkibinə "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin baş direktoru, onun müavini, direktorlar şurasının bir sıra üzvləri və digər şəxslərin daxil olduğu "cinayətkar qrupa" rəhbərlik edib.
Qurum hesab edir ki, iş üzrə fiqurantlar xüsusilə külli miqdarda əmlakı mənimsəmək məqsədilə təşkilatın fəaliyyətini idarəetmə səlahiyyətlərindən sui-istifadə ediblər.