Kazanda diqqətçəkən görüş: Fidan Putinə nə dedi?
Dünya
Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən Rusiya–ASEAN sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
News24.az Hakan Fidan Ankara və Moskvanın müzakirə etməli olduğu çoxsaylı məsələlərin olduğunu bildirib.
"Regionumuzda və dünyada gündəm olduqca zəngindir. Bu məsələlərdə sizin təcrübəniz böyük əhəmiyyət daşıyır. Müzakirə etməli olduğumuz çoxlu məsələlər var", – Fidan deyib.
O qeyd edib ki, iyunun 16-17-də Rusiyaya etdiyi səfər çərçivəsində iki gün ərzində kifayət qədər gərgin proqramı olub. (TASS)